Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da praktiki təlim dərslərində tələbələr fəal iştirak edirlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Dizayn” və “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisasları üzrə müəllim işləyən İlahə Nuriyeva və Günay Əfqan qızının rəhbərliyi ilə D104, TM103, TM204 və TM205 qrupunun tələbələri “Dizayn və Tikiş” emalatxanasında praktiki təlim dərslərində fəal iştirak edirlər. Bu prosesdə tələbələrə bilik və bacarıqların mənimsənilməsində emalatxana müdiri Nərmin Kərimova, təlim ustası Aidə Əliyeva və mexanik Mahilə Tağıyeva yaxından dəstək göstərirlər.