Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Distant dərslər yüksək səviyyədə təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi, "Könüllülük və Sosial İnkişaf Klubu"nun kuratoru Pərvanə Məmmədova distant təhsil prosesində növbəti uğurlu dərslərini keçirib.

Kollecin TK-105 qrupunda təşkil olunan ədəbiyyat dərsi görkəmli yazıçı İsmayıl Şıxlının zəngin həyat və yaradıcılığına, xüsusilə müəllifin şah əsəri sayılan "Dəli Kür" romanının geniş təhlilinə həsr olunub.

TM-105 qrupunda keçirilən növbəti onlayn dərsdə isə tələbələrə müasir dövrdə Azərbaycan mətbuatının rolu və ədəbi dilin normalarının qorunması mövzularında hərtərəfli və fundamental məlumatlar verilib.

Müasir texnoloji imkanlardan istifadə edilməklə qurulan distant dərslər yüksək interaktivlik və tələbələrin fəal iştirakı ilə baş tutub. Bu format tədris olunan mövzuların gənclər tərəfindən dərindən mənimsənilməsinə və yaradıcı müzakirələrin aparılmasına olduqca müsbət təsir göstərib.

https://www.youtube.com/shorts/E9lm-gpvef8