Dünya Şəhərsalma Forumu (WUF 13) dövründə kollecimizdə tədrisin kəsilməzliyini təmin etmək məqsədilə dərslər distant (məsafədən) formada uğurla davam etdirilir.
Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri Günel Dadaşova tədris prosesinin gedişatı ilə bağlı qeyd edib:
"Distant təşkil olunan dərslərimiz təsdiq olunmuş cədvəl üzrə tam qrafiki ilə davam edir. Tədrisin keyfiyyətinə xələl gətirmədən, prosesin düzgün idarə olunması üçün mütəmadi nəzarət mexanizmləri tətbiq olunur. Tyutorlarımız distant təhsil müddətində bütün dərslərdə iştirak edərək tələbə davamiyyətini izləyirlər. Bütün lazımi qeydləri mütəmadi olaraq monitorinq bölməsinə təqdjm edirlər. Eyni zamanda, monitorinq bölməsi olaraq biz də dərslərə mütəmadi qoşulur, metodiki təşkilatçılığı və tədrisin gedişatını yaxından müşahidə edirik."
Əsas hədəflərimiz dərslərin cədvəldən yayınmadan icrası, davamiyyətin və aktivliyin elektron qaydada qeydiyyatı və onlayn platformalar üzərindən keçilən dərslərin təhsil standartlarına uyğunluğunun yoxlanılmasıdır.
Kollec rəhbərliyi və monitorinq qrupu tələbələrimizin bu müddət ərzində dərslərdən geri qalmaması üçün bütün texniki və pedaqoji imkanları səfərbər etmişdir.






