Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar nümayiş olunub

Sənaye  və Texnologiya  kollecinin tarix müəllimi  Aynur Bədəlovanın rəhbərliyi ilə  TK-204, AS-205, Kİ-103B, Kİ-205 qrup tələbələrinin iştirakı ilə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə  fənn birləşmə komissiyasının sədri Vüsalə Əbdürrəhimova , şobə müdirləri  Pərvin Məmmədova, Şəhla Əhmədova  və metodistlərdən  Ceyran  Bayramova, Günay Umudova və  Aygün  Rüstəmova iştirak ediblər.  İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. A.Bədəlova Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində, Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında tələbələrə məlumat verib. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar  nümayiş olunub.