STK-nın Z-105 qrupunun tələbələri kollecin müəllimi Səma Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində olublar. Ekskursiya zamanı tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf yolu haqqında geniş məlumat əldə ediblər. Bu cür tədbirlər tələbələrin dünyagörüşünün zənginləşməsinə, milli-mənəvi dəyərlərin aşılanmasına və vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verir.




