Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

“Birinci Qarabağ müharibəsi. Müstəqil Azərbaycanın dövlətçiliyinin bərpası, möhkəmlənməsi və inkişafı” mövzusunda “Açıq dərs”

STK-nın   tarix müəllimi  Rəna İsmayılovanın TK104B qrupunda  Azərbaycan tarixi  fənnindən “Birinci Qarabağ müharibəsi. Müstəqil Azərbaycanın dövlətçiliyinin  bərpası, möhkəmlənməsi və inkişafı” mövzusunda “Açıq dərs”i keçirilib.  Dərsin gedişində mövzu elmi əsaslara söykənərək ardıcıl və aydın şəkildə izah edilmiş, tarixi hadisələrin səbəb-nəticə əlaqələri düzgün qurulmuşdur. Müəllim dərs prosesində müasir təlim metodlarından, interaktiv yanaşmalardan və əyani vəsaitlərdən səmərəli istifadə etmiş  və tələbələrin dərsə fəal cəlb olunmasına nail olmuşdur. Sual - cavab, müzakirə və analitik yanaşmalar vasitəsilə tələbələrin tarixi düşünmə bacarıqları və vətənpərvərlik ruhu gücləndirilmişdir. “Açıq dərs”də kollecin metodisti  Ceyran Bayramova  və şöbə müdiri Şəhla  Əhmədova  iştirak etmiş, onlar tərəfindən dərsin məzmunu, təşkili və metodik səviyyəsi müsbət qiymətləndirilmiş və R.İsmayılovanın peşəkarlığı, məsuliyyətli yanaşması və pedaqoji ustalığı yüksək qiymətləndirilmişdir.