23.12.2025-ci il tarixində STK-nın fizika müəllimi Aygün Məmmədovanın K 105- ci qrupda nümunəvi dərsi olmuşdur. Dərsdə fizika laboratoriyasının müdiri Fatma Əmiraslanzadə, metodistlər Ceyran Bayramova, Günay Umudova və Aygün Rüstəmova iştirak etmişlər. Müəllim dərsdə “Doymuş buxar və doymamış buxar”ın xassələrindən danışdı. Sonra şehin əmələ gəlməsi, buxarın soyudularaq kondensasiya olunması prosesini əyani şəkildə tələbələrə göstərdi. Yeni dərs təcrübələrlə və slaydlarla tədris olundu. Tələbələr dərsdə fəal iştirak etdilər.







