Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Bakı Gənclər Mərkəzində “Təhsil İşçilərinin Həmrəylik Forumu” keçirildi

21 dekabr 2025-ci il tarixində Bakı Gənclər Mərkəzində “Təhsil İşçilərinin Həmrəylik Forumu” keçirildi. Forum təhsil sahəsində çalışan mütəxəssisləri bir araya gətirərək təcrübə mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və peşəkar inkişaf üçün platforma yaratmaq məqsədi daşıyırdı. Forum iştirakçıları ilə yanaşı Sənaye və Texnologiya Kollecinin bir qrup müəllimləri   də gün ərzində müxtəlif panel müzakirələrində və interaktiv sessiyalarda iştirak edərək, təhsil sistemindəki yenilikləri, çağırışları və uğurlu təcrübələri öyrənmək imkanı əldə etdilər. Təhsil işçilərinin həmrəyliyi və birgə fəaliyyətləri mövzularında təcrübə paylaşımı, həmçinin gələcək layihələrin və təşəbbüslərin planlaşdırılması da forumun əsas hədəflərindən idi.