24.12.2025-ci il tarixində STK-da “Gənclərin inkişafı” klubunun yaradılması ilə əlaqədar tələbələrlə görüş keçirildi. Görüşdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov və kollecin müəllimi İlahə Nuriyeva iştirak etdilər. Asəf Məmmədov əvvəlcə “Gənclərin inkişafı” klubunun məqsəd və vəzifələri haqqında ətraflı məlumat verdi. Sonra kluba tələbələr üzv yazıldı və onların bir-birindən fərqli, maraqlı fikirləri dinlənildi. Sonda müəllimlərdən İlahə Nuriyeva kluba kurator və tələbələr arasından Zəhra Nurlu isə rəhbər seçildi.

