Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

İmtahanlara hazırlıq mövzularının sillabusa uyğunluğu və bu mövzuların tədris prosesində tətbiqi məsələləri müzakirə olunmuşdur

Sənaye və Texnologiya Kollecində Tədris hissə, Qeydiyyat, Qiymətləndirmə və Monitorinq şöbəsi, Fənn birləşmə rəhbərləri ilə birgə iclas keçiriblər. İclasda fənn sillabuslarının müasir tələblərə uyğunlaşdırılması, imtahanlara hazırlıq mövzularının sillabusa uyğunluğu və bu mövzuların tədris prosesində tətbiqi məsələləri müzakirə olunmuşdur. Eyni zamanda imtahan tapşırıqlarının sillabus əsasında hazırlanması, qiymətləndirmə prosesində obyektivliyin və vahid yanaşmanın təmin edilməsi məsələləri vurğulanmışdır. Həm də rəqəmsal imtahanın keçirilməsinə hazırlıq prosesi, texniki təminat, təşkilati mərhələlər və monitorinq mexanizmləri də iclas zamanı müzakirə edilmişdir.