Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

İlin son pedaqoji iclasında kollecin Strateji İnkişaf Planı (2025-2029) müzakirə olundu

Sənaye və Texnologiya Kollecinin  təmirdən sonra istifadəyə verilmiş zalında ilin son pedaqoji  iclası  keçirildi. İclasda  kollecin Strateji İnkişaf Planı (2025-2029)  müzakirə olundu.  Kollecin direktoru, professor Nasim Abışov çıxışında  Ilk öncə əmək bazarının tələblərinə cavab verən, şəffaf, keyfiyyətli və müasir peşə təhsili təmin etmək, şəffaf idarə olunan, güclü kadr potensialına və müasir laboratoriyalara malik nümunəvi kollec olmaq və mövcud  vəziyyətin təhlili   haqqında danışdı . Daha sonra   N.Abışov Strateji İnkişaf Planının əsas istiqamətlərindən  biri olan - şəffaf və ədalətli qiymətləndirmə sistemi qurmaq, peşəkar və məsuliyyətli kadr korpusu formalaşdırmaq,  laboratoriya və infrastrukturun yenilənməsi,  tədrisdə keyfiyyətin artırılması, effektiv hesabatlıq və daxili nəzarət mexanizmi yaratmaq barədə ətraflı  çıxış etdi. Sonda Nasim Abışov  qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollecin kollektivini təbrik etdi, hamıya cansağlığı, uzun ömür, pedaqoji və şəxsi fəaliyyətlərində uğurlar arzuladı.