Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

KA-105 qrupunun tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə KA-105 qrupunun tələbələri kollecin müəllimi Yaqut Mamedovanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Məqsəd tələbələrin milli-mənəvi dəyərlərimizi yaxından tanıması, Azərbaycan tarixinin və mədəni irsinin zənginliyini yerində görmələri olub. Mərkəzdə tələbələr Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Onlara ölkəmizin hər bölgəsinə məxsus milli geyimlər, həmin bölgələrin özünəməxsus naxışlarını daşıyan xalçalar, milli musiqi alətləri, xalq yaradıcılığını əks etdirən nağıl qəhrəmanları və tarixi avtomobillərin sərgisi haqqında bələdçilər tərəfindən ətraflı məlumat verilib. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların dünyagörüşünün zənginləşməsində böyük rol oynayıb, həmçinin  mərkəzdə  xatirə şəkli çəkdirmələri də yadda qalıb.