Sənaye və Texnologiya Kollecinin “Gənclərin çağırışaqədərki hazırlıq” rəhbəri Qəzənfər Vəliyev bildirir ki, “Çağırışaqədərki hazırlıq” fənninin daha keyfiyyətli keçirilməsi və tələbələr arasında hərbi vətənpərvərlik işinin yüksəldilməsi məqsədilə, kollecin direktoru, professor Nasim Abışovun müvafiq əmrinə əsasən, hər ayın axırıncı 3 günü taqım və manqa komandirləri ilə metodiki məşğələ keçirilir. Çünki müasir dünyada ölkələrin inkişafının səviyyəsi həm də onların müdafiə qüdrəti, gücü ilə ölçülür. Onun hər bir vətəndaşının əqli, fiziki və mənəvi cəhətdən bu işə hazır olması ən vacib atributlardan biri kimi dəyrləndirilir. “Çağırışaqədərki hazırlıq” fənninin təhsil ocaqlarında tədris olunması bu məntiqdən irəli gəlir. Bu fənn aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır. Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyəti hesab olunur. Həm də “Çağırışaqədərki hazırlıq” fənninin tədrisi prosesində bu keyfiyyətin formalaşması üçün geniş imkanlar vardır.
