23.02.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun rəhbərliyi altında kollecin təşkilat komitəsinin iclası keçirildi. İclasda qarşıdan gələn Azərbaycanın Milli Bayramı - Novruz bayramının keçirilməsi ilə əlaqədar tədbirin iş planı müzakirə edildi və təşkilat komitə üzvlərinin fikirləri eşidildi.


