24.02.2026-cı il tarixində STK-da “Gənclərin inkişafı” klubunun növbəti iclası keçirildi. Tədbirdə kollecin müəllimi, klubun kuratoru İlahə Nuriyeva və tələbələr iştirak etdilər. İlk öncə klubun sədri Zəhra Nurlu tədbir haqqında məlumat verdi. Sonra “Həqiqətən kim olmaq istəyirsən?” adlı maraqlı bir sualla klubun üzvlərinə müraciət olundu. Müxtəlif fikirlər eşidildi. Sualın cavablandırılmasında dəvət olunmuş qonaq, psixoloq Aysu Paşazadə, klubun üzvlərindən Nərmin Ələkbərova, Fərid Mikayılov və başqaları fəal iştirak etdilər. Klubun kuratoru İlahə Nuriyeva tədbirin tərbiyəvi əhəmiyyətindən danışdı və klubun sədri Zəhra Nurluya və iştirakçı tələbələrə təşəkkür etdi. Tədbir diskussiya şəklində başa çatdı.





