Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da TT-105 və M-205 qruplarında “Xocalı Soyqırımı”na aid nümunəvi dərslər keçirilib

Sənaye və Texnologiya Kollecinin  Çağırışaqədər hazırlıq fənn müəllimi Azər Bəkirovun TT-105  və Azərbaycan tarixi müəllimi Şölə Əfəndiyevanın  M-205  qruplarında “Xocalı Soyqırımı”na  aid nümunəvi dərsləri olub. Dərslərdə şöbə müdiri Təranə Vəliyeva  və metodistlərdən Ceyran Bayramova, Aygün Rüstəmova və Günay Umudova  iştirak ediblər. Hər iki  müəllim  dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildiriblər ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.