STK-nın direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə kollecdə “Helpdesk” mövzusunda təlim təşkil olunub. Təlim üçün Jet Academy-dən mütəxəssislər dəvət edilib və iştirakçılara texniki dəstək sisteminin quruluşu, istifadəçi müraciətlərinin idarə olunması və problem həlli mexanizmləri barədə ətraflı məlumat verilib.Tədbirdə İT klubunun üzvləri fəal iştirak edib. Klubun sədri Yusif Əzizov çıxış edib və bu cür praktikyönümlü görüşlərin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib.Təlim zamanı iştirakçıların sualları da cavablandırılıb.



