02.03.2026 - cı il tarixində Sənaye və Texnologiya Kollecində Kompüter sistemləri və Marketinq və tətbiqi texnologiyalar şöbələrində 1-ci kurs tələbələrinin valideynləri ilə görüş keçirildi. Görüşdə tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, şöbə müdirlərindən Kəmalə Əliyeva, Təranə Məmmədova, qrup rəhbərləri və müəllimlər iştirak etdilər. İclasın əsas müzakirə mövzusu tələbələrin davamiyyəti və 1-ci yarımilin yekunları oldu. Valideynlərlə ümumi tanışlıqdan sonra tələbələrin 1-ci yarımil nəticələri təhlil olundu və tədrisin keyfiyyətinin artırılması istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırıldı. Sonda valideynlərin sualları cavablandırıldı.


