Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecinin məzunlarının nəzərinə!

Hörmətli məzunlar!

 Keçmiş Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 145 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1999-cu il tarixli 694 nömrəli əmrinə əsasən, 1955-1956-cı illərdən fəaliyyət göstərən Bakı Yerli Sənaye Texnoloji və Bakı Yüngül Sənaye Texnikumlarının bazası əsasında yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26.08.2002-ci il tarixli 140 nömrəli qərarına əsasən, Bakı İnşaat və Bakı Kommersiya texnikumları ləğv edilərək Təhsil Nazirliyinin 02.09.2002-ci il tarixli 885 nömrəli əmri ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilmişdir. Həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarı və Təhsil Nazirliyinin 4 mart 2016-cı il tarixli 130 nömrəli əmri əsasında Bakı Kompüter Kollecinin fəaliyyətinə xitam verilərək Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilmişdir. Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il 250 nömrəli qərarına əsasən, Bakı İdarəetmə və Texnologiya Kolleci ADNSU-nun nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin təhsil sistemində xüsusi yeri var. Siz məzunlar da respublikamızda, eləcə də dünyanın müxtəlif  güşələrində yaşayıb, çalışırsınız.

Hörmətli məzunlar!

Biz sizinlə fəxr edirk. Ona görə də kollecimizdə məzunlar  bazası yaratmışıq. Bunun  üçün   https://stk.edu.az/releasedstudents  bu linka daxil olub, özünüz haqqında səhifəni doldurmagınızı sizdən xahiş edirik!