Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr ADPU-nun kitabxanasında olublar

11 mart 2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr klubun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədovanın təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasında olublar. Ekskursiyanın məqsədi tələbələrin elmi kitabxana mühiti ilə yaxından tanış olması, müasir informasiya resursları, elektron kataloq sistemi və kitabxananın təhsil prosesindəki rolu haqqında geniş məlumat əldə etmələri olmuşdur. Tələbələrə kitabxananın fəaliyyəti, fondunun zənginliyi və müasir xidmət imkanları barədə Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova tərəfindən ətraflı məlumat verilmişdir. Görüş zamanı, həmçinin universitetin Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova tələbələrə universitetdə yaradılmış təhsil imkanları, tələbələrin inkişafına yönəlmiş layihələr və karyera perspektivləri haqqında məlumat təqdim etmişdir. Ekskursiya çərçivəsində tələbələr kitabxanada tətbiq olunan süni intellekt əsaslı müasir kitabxana xidmətləri, elektron resurslardan istifadə imkanları və rəqəmsal informasiya sistemləri ilə də tanış olmuşlar. Bu yeniliklər tələbələrin elmi məlumatlara daha sürətli və səmərəli şəkildə çıxış əldə etməsinə imkan yaradır.Tələbələr üçün olduqca maraqlı və faydalı keçən ekskursiya onların kitabxana mühiti, elmi informasiya mənbələri və müasir təhsil imkanları haqqında biliklərinin artmasına mühüm töhfə vermişdir.Sonda ekskursiyanın təşkilinə göstərilən diqqət və səmimi qarşılanmaya görə universitet rəhbərliyinə və kitabxana əməkdaşlarına təşəkkür ifadə olunmuşdur.