12 mart 2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində könüllülük nominasiyası üzrə “İlin könüllüsü” adına layiq görülmüş gənc təlimçi Azərin Mehdiyeva “Niyə könüllü olmalıyıq?” adlı təlim-seminar keçirmişdir.Təlim zamanı tələbələrə könüllülük fəaliyyətinin mahiyyəti, cəmiyyətə və şəxsi inkişafımıza verdiyi töhfələr, həmçinin gənclər təşkilatlarında aktiv iştirakın yaratdığı imkanlar haqqında ətraflı məlumat vermişdir. İnteraktiv müzakirələr və fikir mübadilələri vasitəsilə tələbələr könüllülüyün yalnız cəmiyyət üçün deyil, eyni zamanda gənclərin liderlik, ünsiyyət və komanda bacarıqlarının inkişafı üçün də böyük əhəmiyyət daşıdığını daha yaxından anlama imkanı əldə etmişlər. Təlimin əsas məqsədi gənclərdə könüllülük fəaliyyətinə marağı artırmaq, onları sosial təşəbbüslərdə daha aktiv iştirak etməyə təşviq etmək və cəmiyyətə faydalı fərdlər kimi formalaşmalarına dəstək olmaq olmuşdur. Sonda Azərin Mehdiyeva gənclərin inkişafına yönəlmiş bu cür maarifləndirici tədbirin keçirilməsinə şərait yaratdığına görə kollecin direktoru, professor Nasim Abışova və kollecdə tyutor vəzifəsində çalışan Ziba Əlibəyovaya öz təşəkkürünü bildirmişdir.






