Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da “Açıq dərs” keçirilmişdir

31 Mart  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kollecdə nümunəvi “Açıq dərs” keçirilmişdir. Dərs tarix müəllimi Gülnarə Əbdüləzimova tərəfindən təşkil olunmuş və aparılmışdır. “Açıq dərs”də MQ-205 qrup tələbələri  fəal iştirak etmişdir. Kollecin direktor müavini Asəf Məmmədov, metodistlər və şöbə müdiri Təranə Məmmədova  dərsdə iştirak etmişlər. Dərs zamanı tələbələrə 1918-ci ilin mart hadisələri, xalqımıza qarşı törədilmiş soyqırımı faktları, bu faciənin tarixi əhəmiyyəti barədə geniş məlumat verilmiş, mövzuya dair təqdimatlar nümayiş etdirilmiş və müzakirələr aparılmışdır.