Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Mədəniyyət və İncəsənət klubunun üzvü olan tələbələr ekskursiyada olmuşlar

Bu il Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun 120 illiyi tamam olur. Bununla əlaqədar  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi Səməd Vurğunun120 illiyinin qeyd edilməsi ilə əlaqədar müvafiq sərəncamı  var. Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən  Mədəniyyət və İncəsənət klubunun üzvü olan tələbələr də Səməd Vurğunun Ev Muzeyini və “Fəxri Xiyaban”dakı məzarını ziyarət etmişlər. Təşkil olunmuş ekskursiya klubun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Rzaquliyevanın rəhbərliyi ilə həyata keçirilmişdir.  Muzey əməkdaşı klub üzvlərini Səməd Vurğunun həyat və fəaliyyətini özündə əks etdirən fotolarla tanış etmiş, şairin zəngin ədəbi irsi, ictimai fəaliyyəti və Azərbaycan ədəbiyyatındakı rolu barədə ətraflı məlumat vermişdir. Ekskursiya vaxtı tələbələr xatirə şəkli də çəkdirmişlər.