Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecində yaz imtahan sessiyasına hazırlıq məqsədilə işgüzar görüş keçirilib

Sənaye və Texnologiya Kollecində qarşıdan gələn yaz imtahan sessiyasının mütəşəkkil təşkili və gedişatına nəzarətin gücləndirilməsi məqsədilə iclas keçirilmişdir. Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşovanın rəhbərliyi ilə baş tutan görüşdə fənbirləşmə sədrləri iştirak etmişdir.

​İclasın əsas müzakirə mövzuları:

​Rəqəmsal imtahanlar: Sessiya müddətində keçiriləcək 144 rəqəmsal imtahanın və Böyük Summativ Qiymətləndirmələrin (BSQ) texniki təşkilatçılığı;

​Sınaq mərhələsi: Rəqəmsal imtahan verəcək tələbələr üçün sınaq imtahanlarının təşkili forması və metodologiyası;

​Kadr hazırlığı: Müəllim heyətinin rəqəmsal platformalarla iş üzrə hazırlıq səviyyəsinin artırılması.

​Görüşün sonunda sınaq imtahanlarının qrafiki təsdiqlənmiş, prosesdə iştirak edəcək qrupların siyahısı və iştirak forması dəqiqləşdirilmişdir.