07.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində Lətifə Şamxalova, Səidə Cavadova və Aytən Əliyevanın təşkilatçılığı ilə “Ümumdünya Sağlamlıq Günü” nə aid tədbir keçirildi. Tədbirdə kollecdən kənar xarici qonaqlardan və yerli sakinlərdən alınmış müsahibələrin videoçarxı nümayiş etdirildi. Ətraf mühit və ekoloji problemlərlə əlaqədar verilən sualları düsgün cavablandıran tələbələrə ekoçantalar hədiyyə edildi. Həm də tədbir çərçivəsində tələbələr “İnsan sağlamlığına təbiətin təsiri” mövzusunda ayrı-ayrı təqdimatlarla çıxış etdilər.








