Kollecin müəllimi Səbinə Tağıyevanın təşkilatçılığı ilə KP-105 qrup tələbələri Hüseyn Cavidin Ev Muzeyinə ekskursiya etmişlər. Ekskursiya zamanı tələbələr görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı ilə yaxından tanış olmuş, muzeydə nümayiş olunan şəxsi əşyalar, əlyazmalar və digər eksponatlar haqqında ətraflı məlumat əldə etmişlər. Tələbələrə Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında tutduğu mövqe, onun əsərlərinin ideya-bədii xüsusiyyətləri haqqında muzeyin bələdçiləri tərəfindən geniş məlumat verilmişdir. Sonda tələbələr muzeydə xatirə şəkli də çəkdirmişlər.


