13.04.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecinin direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə Kompüter şəbəkələri şöbəsinin müdiri Şəhla Əhmədovanın təşkil etdiyi seminarı “SecOps Academy” keçirmişdir. Kollecimizin kompüter ixtisasları üzrə təhsil alan tələbələrinə bu seminarda lazımı istiqamətlər göstərilmiş və texnoloji məhsulların necə formalaşdığını, bu prosesdə hansı rolların necə dəyər yaratdığını birlikdə müzakirə etmişlər. Həm də interaktiv formatda keçən görüş zamanı tələbələr real case-lər üzərindən düşünmək və mütəxəssislərin təcrübələrindən faydalanmaq imkanı qazanmışlar.




