Kollecin biologiya müəllimi Lətifə Şamxalovanın TK 105 qrupunda “Biosferdə canlı maddə” mövzusunda dərsi laboratoriya şəraitində keçirilmişdir. Dərsin maraqlı və yaddaqalan olması üçün müəllim canlı maddələrin “qaz yaratmaq”,”oksidləşmə”, “biokimyəvi” funksiyasını əyani şəkildə izah edərək, praktik şəkildə tələbələrə göstərmişdir. Tələbələr qrup şəklində ayrı-ayrılıqda laboratoriya təcrübəsində özləri də əyani şəkildə iştirak ediblər. Mövzunun praktikada təsdiqi tələbələr tərəfindən maraqla qarşılanıb. Bu cür dərslərin keçirilməsi tələbələrin mövzuları daha dərindən mənimsəməsinə və praktiki biliklərin möhkəmləndirilməsinə səbəb olur.




