24 aprel 2026-cı il tarixində tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələri və biomüxtəlifliklə yaxından tanış olmaları məqsədilə Mərkəzi Nəbatət bağına praktiki tanışlıq səfəri təşkil edilmişdir.
Səfər təcrübə müəllimi Səidə Bayramovanın rəhbərliyi, təcrübə rəhbəri Sevinc Qəmbərovanın təşəbbüsü və təklifləri əsasında baş tutub. Tədbirdə Ə204 nömrəli qrup tələbələri iştirak ediblər. Əsas hədəf auditoriya dərslərində öyrənilən mövzuların canlı təbiət üzərində müşahidəsini təmin etmək və tələbələrdə ekoloji dünyagörüşünü formalaşdırmaqdır.
Təcrübə müddətində tələbələr bağın zəngin flora kolleksiyası, nadir bitki növləri və ekosistemin qorunması üsulları ilə bağlı geniş məlumat əldə ediblər.




