Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da “Gücümüz birliyimizdədir” adlı inklüziv tədbir keçirilib

Milli-mədəni dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində həyata keçirilən layihələr cəmiyyətimizin mənəvi inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təşkil olunan “Gücümüz birliyimizdədir” adlı inklüziv tədbir birlik, həmrəylik və qarşılıqlı dəstəyin əhəmiyyətini bir daha nümayiş etdirmişdir.

Layihənin rəhbəri İlahə Nuriyeva bu təşəbbüsün həyata keçirilməsində xüsusi rol oynayaraq gənclərin inkişafına və inklüziv dəyərlərin təbliğinə mühüm töhfə vermişdir.

Sənaye və Texnologiya Kollecində baş tutan tədbirdə “Gənclərin İnkişaf Klubu”nun üzvü olan tələbələr fəal iştirak etmişlər. Onlar müxtəlif təqdimatlar, çıxışlar və milli-mədəni nümunələrlə tədbirə xüsusi rəng qatmış, inklüziv mühitin formalaşmasına dəstək olmuşlar.

Tədbir çərçivəsində milli geyimlər, musiqi və mədəni təqdimatlar vasitəsilə Azərbaycan xalqının zəngin irsi nümayiş etdirilmiş, iştirakçılar arasında birlik və qarşılıqlı hörmət hissi daha da gücləndirilmişdir.

Layihənin əsas məqsədi gənclər arasında həmrəylik ruhunu artırmaq, fərqliliklərə hörmət aşılamaq və hər kəsin cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu vurğulamaqdır.

Tədbirin fəxri qonağı qismində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi – Mərkəzin müdiri, professor Dr. Tarek M. Aboul-Fotouh iştirak etmişdir. Tədbirin qonaqları sırasında professor ,Milli dəyərlərimizin qorunması ictinai birliyin sədri Dilarə Nagiyeva və modelyer Leyla Əhmədova da yer almışdır.

Sonda tədris hissə müdiri Lalə Nəsibova tərəfindən iştirakçılara təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.

Bu kimi layihələr cəmiyyətimizdə inklüziv dəyərlərin möhkəmlənməsinə və daha həmrəy gələcəyin formalaşmasına xidmət edir.

https://youtube.com/shorts/bkJLepKV8qc?feature=share