06.05.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə direktoryanı müşavirə keçirildi. Müşavirədə direktor müavinləri, tədris hissə müdiri, qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri, metodkabinə müdiri, şöbə müdirləri, fənn birləşmə komissiyalarının sədrləri, insan resursları və informasiya bölməsinin rəhbəri, baş mühasib, metodistlər, həmçinin emalatxana və laboratoriya müdirləri iştirak etdilər.Müşavirənin gündəliyinə daxil edilmiş məsələlər üzrə tədris prosesinin keyfiyyət göstəriciləri, dərs dinləmələrinin nəticələri, dərslərə gecikmə halları, WUF13 tədbiri dövründə tədrisin TEAMS platforması vasitəsilə həyata keçirilməsi, kollokviumların və kiçik summativ qiymətləndirmələrin təşkili, tələbə təhsil haqqının şöbələr üzrə ödənilmə vəziyyəti və digər aktual məsələlər istiqamətində müzakirələr aparıldı.
Müzakirələr zamanı iştirakçılar çıxış edərək müvafiq məsələlərə dair təklif və mülahizələrini irəli sürdülər. Sonda kollecin direktoru tərəfindən müzakirə prosesində irəli sürülən suallar qüvvədə olan normativ-hüquqi çərçivəyə uyğun şəkildə cavablandırıldı.

