Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

WUF tədbiri üzrə “AQUA NOVA CITY” layihəsinin təqdimatı

WUF tədbiri çərçivəsində ECO START-UP klubunun tələbələri “AQUA NOVA CITY” adlı innovativ və ekoloji yönümlü layihənin təqdimatı ilə çıxış etdilər. Tədbir kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədovun rəhbərliyi və ECO START-UP klubunun kuratoru Günel Şükürovanın təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirildi.

Təqdimat zamanı tələbələr ekologiya, biologiya və kimya sahələrini əhatə edən müxtəlif ideyalar nümayiş etdirərək “AQUA NOVA CITY” layihəsi vasitəsilə gələcəyin ekoloji və dayanıqlı şəhər modelini təqdim etdilər.Layihədə yaşıl texnologiyalar,tullantıların idarə olunması, alternativ enerji mənbələri və ətraf mühitin qorunması istiqamətində müasir yanaşmalar əks olunmuşdur. Təqdim olunan ideyalar iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Tədbirin əsas məqsədi gənclərdə ekoloji düşüncə tərzinin formalaşdırılması, elmi biliklərin praktik tətbiqinə marağın artırılması və tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi idi. Çıxışlar zamanı tələbələr öz layihələrinin cəmiyyət və ətraf mühit üçün həmiyyətindən bəhs edərək dayanıqlı inkişaf istiqamətində yeni təşəbbüslərin vacibliyini vurğuladılar. Tədbirin sonunda iştirakçılar belə layihələrin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini qeyd etdilər və tələbələrin fəallığı yüksək qiymətləndirildi. “AQUA NOVA CITY” layihəsi gənclərin elmə, innovasiyaya və ekologiyaya olan marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyan nümunələrdən biri kimi dəyərləndirildi.

 

https://www.youtube.com/shorts/UNFPzDXHjKg