08.05.2026- cı il tarixində kollecin ECO START-UP klubunun üzvü olan, Ətraf mühitin mühaafizəsi və bərpası ixtisası üzrə təhsil alan tələbələr, kollecin əməkdaşları ilə, o cümlədən Səidə Bayramova, Aytən Nağıyeva, Günel Şükürova, Ceyran Bayramova və Mehriban İsmayılovanın iştirakı ilə “Təmiz Şəhər ASC”də təşkil olunan ekskursiyada iştirak ediblər. Ekskursiyanın məqsədi tələbələri tullantıların idarə olunması, ətraf mühitin mühafizəsi və müasir təkrar emal prosesləri ilə yaxından tanış etmək idi.
“Təmiz Şəhər ASC”-nin mətbuat katibi Orxan Cabbarov tərəfindən tələbələrə müəssisənin fəaliyyət istiqamətləri, məişət tullantılarının toplanması, çeşidlənməsi, daşınması və utilizasiyası prosesləri barədə ətraflı məlumat verilib.
Tələbələr istehsalat sahələrini ziyarət edərək, müəssisədə tətbiq olunan müasir texnologiyalar, innovativ ekoloji yanaşmalar və tullantıların idarə olunması prosesləri ilə yaxından tanış olublar. Həm də tullantılardan tapılmış müxtəlif əşyalardan düzəldilmiş guşə tələbələrin böyük marağına səbəb olub.




